
Haqqımızda
GOMAS Group şirkəti 2015-ci ildən Azərbaycan bazarında müxtəlif çeşidli Avtomobil mühərrik yağları, filtirlər və antifrizlərin topdan və pərakəndə satış fəaliyyəti ilə məşğuldur. Şirkətin baş ofisi Bakı şəhəri olmaqla Azərbaycanın bütün regionlarında nümayəndəlikləri, satış nöqtələri və istənilən ünvana çatdırılma imkanı var. Fəaliyyətimiz çərçivəsində əməkdaşlıq etdiyimiz xarici istehsalçı zavodlar ilə distribütorluq səviyyəsində çalışırıq. "Leol", "Polo Expert", "GM" və xüsusilə Almaniya istehsalı olan "Monza" mühərrik yağ markalarının satışı ən münasib qiymətlə şirkətimiz tərəfindən həyata keçirilir. Keyfiyyətli məhsul yalnız keyfiyyətli xammaldan əldə oluna bilər. Bu səbəbdən biz GOMAS Group şirkəti olaraq istehsal zamanı testlərdən uğurla keçmiş və standartlara cavab verən marka məhsullarını müştərilərimizə təqdim edirik. Özünəməxsus üstünlüklərə malik bu məhsullar istənilən növ nəqliyyat vasitəsinin mühərrik sistemini köhnəlmədən qoruyur, onun təmizliyini və gücünün saxlanılmasını təmin edir. Bununla da yüksək keyfiyyət - sərfəli qiymət prinsipinə əsaslanaraq uzun illərdir ki, xidmətinizdəyik.
Müştərilərimizin məmnuniyyəti hər zaman bizim prioritetimizdir!